Trampın tərəfdarları Kiyevə yardımın əleyhinədirlər

 Trampın tərəfdarları Kiyevə yardımın əleyhinədirlər
  15 İyul 2025    Oxunub:1416
ABŞ prezidenti Donald Trampın bir çox tərəfdarları, eləcə də Nümayəndələr Palatasında respublikaçıların əhəmiyyətli bir hissəsi Kiyevə yardım haqqında qanunun qəbuluna qarşı çıxırlar.
AzVision.az xəbər verir ki, “The Atlantic” nəşrinin yazdığına görə, ABŞ-nin Ukraynaya birbaşa silah göndərməməsi Donald Trampa MAGA (Make America Great Again) hərəkatındakı təcridçilər arasında manevr etmək üçün daha çox imkan yaradır.

“ABŞ məmurları gələcəkdə Ukraynaya əlavə silahların göndərilib-göndərilməyəcəyi ilə bağlı heç bir açıqlama verməyib. Həmçinin Amerika liderinin Ukraynaya kömək etmək qərarı Trampın qəfildən həmin ölkəyə və ya onun prezidentinə hüsn-rəğbət hissinə qapılması demək deyil”, - məqalənin müəllifləri vurğulayırlar.

Putindən inciyən Tramp Avropanı məyus etdi | VİDEO
Xatırladaq ki, bundan əvvəl “Politico” nəşri ABŞ prezidenti Trampın NATO ölkələri vasitəsilə Ukraynaya Amerika silahlarının tədarükü barədə açıqladığı yeni planın onun müttəfiqlərini əməlli-başlı çaşdırdığını yazıb.

Eyni zamanda, bu istəklərin planlaşdırılmasının hansı mərhələdə olduğu hələlik bəlli deyil. Bəzi xəbərlərə, həm Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin Müdafiə nazirliklərinin təmsilçiləri, həm də ABŞ-nin müttəfiqləri Trampın Kiyevə silah tədarük etmək planı barədə açıqlamasından sonra qəzəbləniblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   tərəfdarlar   narazılıq  



Xəbər lenti