FT: “Tramp Zelenskini Moskvanı və Peterburqu vurmağa çağırıb” | VİDEO

   FT: “Tramp Zelenskini Moskvanı və Peterburqu vurmağa çağırıb”    | VİDEO
  15 İyul 2025    Oxunub:656
ABŞ prezidenti Donald Tramp Rusiyaya təzyiq göstərmək üçün ukraynalı həmkarını Moskva və Sankt-Peterburqa zərbələr endirməyə çağırıb.
AzVision.az xəbər verir ki, Donald Trampın Volodimir Zelenski ilə söhbətinin detallarından məlumatlı olan Böyük Britaniyanın “Financial Times” qəzetində dər edilən materialda belə deyilir.

“Vladimir, Moskvanı vura bilərsən? Siz Sankt-Peterburqa da zərbə vura bilərsinizmi? Ağ Evin rəhbəri bu cür zərbələri “ruslara ağrı hiss etdirmək” və onları “danışıqlar masası arxasına oturmağa məcbur etmək” strategiyasının tərkib hissəsi kimi görür”, - mənbələr nəşrə açıqlamalarında bildiriblər.

Putindən inciyən Tramp Avropanı məyus etdi | VİDEO
Xatırladaq ki, iyulun 14-də ABŞ prezidenti Moskvaya sülh sazişi bağlamaq üçün 50 günlük ultimatum verib. Şərtlər yerinə yetirilməsə, Donald Tramp Rusiyadan neft, qaz və digər enerji resursları alan ölkələrə ikinci dərəcəli rüsumlarla yanaşı, Rusiya mallarının idxalına 100 faizlik tariflər tətbiq edəcəyi ilə hədələyib.

Eyni zamanda, AĞ Evin rəhbəri ABŞ və Avropa İttifaqının (Aİ) Kiyevə Amerika silahlarının göndərilməsi ilə bağlı razılığa gəldiyini və bunun xərcini Avropanın öz üzərinə götürdüyünü açıqlayıb. Gələcək tədarüklərə təkcə raketlər deyil, Patriot batareyaları da daxildir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Zelenski   çağırış  



Xəbər lenti