“Fransanın Seneqaldakı son iki hərbi obyekti cümə axşamı Fransa ordusunun ölkədə daimi mövcudluğunun başa çatması münasibətilə keçirilən mərasimdə bu ölkənin hakimiyyətinin nəzarətinə qaytarıldı”, - məlumatda vurğulanır.
Agentlik, həmçinin bütün Qərbi və Mərkəzi Afrikada Fransanın hərbi mövcudluğuna xitam verildiyinə diqqət çəkib.
Xatırladaq ki, keçmişdə keçmiş Fransanın müstəmləkəsi olmuş Seneqalın prezidenti Bassiru Diomay Fay 2024-cü il noyabrın sonlarında ölkənin suverenliyi anlayışının Fransanın Seneqal ərazisində hərbi bazalarının olması ilə bir araya sığmadığını açıqladı.
- Ölkə Fransa ordusunun Seneqal hərbçilərinə qarşı 80 il əvvəl törətdiyi hərbi cinayətlərə görə Fransa tərəfindən rəsmi üzr istəmək hüququna malikdir”, - Seneqal prezidenti Fransanın müstəmləkəçilik siyasətinin bir çox xalqlara hansı faciələr bahasına başa gəldiyinə işarə edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


