Universiada: Azərbaycan idmançıları bu gün beş növ üzrə yarışacaqlar

   Universiada:    Azərbaycan idmançıları bu gün beş növ üzrə yarışacaqlar
  21 İyul 2025    Oxunub:1674
Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında Azərbaycan təmsilçiləri bu gün beş idman növü üzrə mübarizə aparacaqlar.
AzVision.az xəbər verir ki, idmançılarımız stolüstü tennis, taekvondo, üzgüçülük, çimərlik voleybolu və atletika yarışlarında qüvvələrini sınayacaqlar.

Xatırladaq ki, hazırda Azərbaycanın aktivində üç medal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib.

AzVision.az


Teqlər: Universiada   Azərbaycan  



Xəbər lenti