“Məncə, hələ 2022-ci ilin yanvarında bu müharibənin qarşısını almaq olardı, amma onlar bu müharibəni qızışdırdılar. 2021-ci ilin dekabrında Rusiya tərəfi ABŞ-yə NATO-nu genişləndirməkdən imtinanı nəzərdə tutan təhlükəsizlik sazişi təklif etdi”, - professor xatırladıb.
Ceffri Saks o vaxt Ağ Evə zəng vurduğunu və Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivanla yetişməkdə olan münaqişənin qarşısının alınmasının mümkünlüyü barədə danışdığını, lakin Bayden administrasiyanın Moskvanı dinləməkdən imtina etdiyini açıqlayıb.
|
| Ukrayna ABŞ üçün 2-ci Əfqanıstan ola bilər | VİDEO |
İndi isə Rusiya və Ukrayna iyulun 23-25-də Türkiyədə baş tutacaq yeni danışıqlara hazırlaşır. Kiyev məhbus mübadiləsi, təxliyə olunmuş uşaqların geri qaytarılması və liderlər səviyyəsində mümkün görüşü müzakirə etməyə ümidlidir. Moskva isə tərəflərin mövqelərində ciddi fikir ayrılıqlarının olduğunu deyir.
Bundan əvvəl “Bloomberg” agentliyi Əfqanıstan məsələsinin Co Bayden üçün risk yaratdığı kimi, Ukraynanın da Tramp üçün problemə çevrilə biləcəyini iddia edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


