Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

   Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
  27 İyul 2025    Oxunub:1571
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.
Bu barədə AzVision.az -a Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran Musayev bildirib. Onun sözlərinə görə, xanəndənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.


AzVision.az



Teqlər:



Xəbər lenti