“Apple” şirkəti 3 milyard ədəd iPhone satıb | VİDEO
“iPhone” satışları 13% artaraq 44,6 milyard dollara, “Mac” 15% (8 milyard dollar) və abunələr, bulud həlləri və “App Store” daxil olmaqla xidmətlərdən əldə olunan gəlirlər 13% artaraq 27,4 milyard dollara çatıb.
Eyni zamanda, “iPad” kateqoriyalarında 6,6 milyard dollar (-8%), həmçinin gəzdirilən qurğularda və aksesuarlarda 7,4 milyard dollar (-9%) dəyərində azalma müşahidə olunur.
Rübün simvolik hadisələrindən biri şirkətin yeni mərhələyə çatması - üç milyardıncı “iPhone”u satması olub. Tim Kuk bu nəticəni “iPhone 16”ya yüksək tələbatla əlaqələndirib, onun sözlərinə görə, bu, satış dinamikasında əvvəlki modeli xeyli ötüb.
Şirkətin rəhbərliyiy, bundan əlavə, “Siri” səsli köməkçisinin gələcək inkişafı planlarını da bölüşüb. Tom Kuk köməkçinin dərin şəkildə fərdiləşdirilməsinə və süni intellektə əsaslanan qabaqcıl xüsusiyyətlərin inteqrasiyasına yönəlmiş layihədə “sərmayənin əhəmiyyətli dərəcədə artdığını” təsdiqləyib.
Sentyabr ayında isə “Apple” şirkəti “iPhone 17”nin elan ediləcəyi illik təqdimat keçirəcək.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


