ABŞ və Cənubi Koreya birgə təlimlər keçirəcək

   ABŞ və Cənubi Koreya birgə təlimlər keçirəcək
  07 Avqust 2025    Oxunub:940
ABŞ və Cənubi Koreya Orduları və ABŞ avqustun 18-28-də illik genişmiqyaslı "Ulchi Freedom Shield" bigə hərbi təlimlərini keçirəcək.
Cənubi Koreyanın "Yonhap" xəbər agentliyinin yaydığı məlumata görə, real təhlükələrə qarşı təlim müttəfiqlərin bütün sahələrdə döyüş hazırlığını artırmaq, eyni zamanda, kibertəhlükəsizliyi gücləndirmək məqsədi daşıyır.

Diqqətə çatdırılıb ki, təlimlərdə həyata keçiriləcək sahə manevrlərinin müddəti 20 sentyabradək uzana bilər.

Keçən il bu təlimlərə 19 minə yaxın Cənubi Koreya hərbçisi qoşulub, 48 səhra təlimi keçirilib. Şimali Koreyada bu cür tədbirləri "işğal məşqi" adlandırsalar da. Cənubi Koreya və ABŞ "təlimin yalnız müdafiə xarakteri daşıdığını" vurğulayır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Cənubi-Koreya   hərbi-təlim  



Xəbər lenti