Britaniya miqrantların deportasiyasına başlayıb

Britaniya miqrantların deportasiyasına başlayıb
  07 Avqust 2025    Oxunub:431
La-Manş boğazını qanunsuz keçərək Böyük Britaniyaya daxil olan ilk miqrantlar London və Paris arasında əldə edilmiş yeni deportasiya razılaşması çərçivəsində saxlanılıblar.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, avqustun 6-da qüvvəyə minmiş pilot layihə çərçivəsində miqrantlar Dover limanında Böyük Britaniyanın Sərhəd Xidməti tərəfindən tutulublar.

Saxlanılan şəxslər immiqrasiya saxlama mərkəzlərinə yerləşdiriləcək və daha sonra Fransaya deportasiya olunacaqlar.

AzVision.az



Teqlər:



Xəbər lenti