"Araz-Naxçıvan" ilk oyunda "Omoniya"ya məğlub oldu

"Araz-Naxçıvan" ilk oyunda "Omoniya"ya məğlub oldu
  07 Avqust 2025    Oxunub:1563
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” III təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirib.
AzVision.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv “Liv Bona Dea Arena”da Kiprin “Omoniya” komandasını qəbul edib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Kipr təmsilçisinin heyətində Loizos Loizu (2 qol), Evandro və Stefan Yovetiç fərqləniblər.

Oyunu Çexiyalı hakimlər briqadası idarə edib.

Komandalar arasında cavab görüşü avqustun 14-də Kiprdə baş tutacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti