Yəməndən İsrailə iki PUA buraxılıb

Yəməndən İsrailə iki PUA buraxılıb
  08 Avqust 2025    Oxunub:920
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşması İsrail ərazisinə bir saat ərzində iki pilotsuz uçuş aparatı (PUA) göndərib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Hər iki PUA hava hücumundan müdafiə qrupları tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində hər hansı itki və ya dağıntı qeydə alınmayıb.
Husilər yenidən fəallaşıblar

Xatırladaq ki, iranyönümlü "Husi" qruplaşması 2023-cü ilin oktyabr ayının 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri HƏMAS-a və ümumiyyətlə, Fələstinə "qahmar çıxıb", Qırmızı dənizdə və ətraf sularda İsraillə əlaqələri gəmiləri vurmağa başlayıb. Husilərin hücumları nəticəsində beynəlxalq iqtisadiyyat təhlükə ilə üzləşib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Yəmən   husilər   İsrail   PUA  



Xəbər lenti