Maya Sandu: "Bu razılaşma mühüm mərhələdir"

    Maya Sandu:    "Bu razılaşma mühüm mərhələdir"
  09 Avqust 2025    Oxunub:1303
"Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşma onilliklər boyu davam edən hərbi əməliyyatlara son qoyulması istiqamətində mühüm mərhələdir".
AzVision.az xəbər verir ki, bu sözləri Moldova Prezidenti Maya Sandu özünün "X" hesabında yazıb.

"Biz hər bir tərəfi: Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın Baş naziri Nikol Paşinyanı, eləcə də ABŞ Prezidenti Donald Trampı regionda sülh, barışıq və daha böyük firavanlığa aparan yolun açılmasına kömək etdiklərinə görə təbrik edirik", - o vurğulayıb.

AzVision.az


Teqlər: Moldova   təbrik  



Xəbər lenti