Ermənistanda referendum gələn yay keçirilə bilər

   Ermənistanda referendum gələn yay keçirilə bilər
  11 Avqust 2025    Oxunub:1798
"Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ilin iyununda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə konstitusiya üzrə referendumu, çox güman ki, birləşdirəcək".
Bu sözləri Ermənistanın "Demokratik Alternativ" Partiyasının sədri, politoloq Suren Surenyants "Sputnik Armenia" xəbər agentliyinin multimedia mərkəzində baş tutmuş mətbuat konfransında dilə gətirib. O vurğulayıb ki, avqustun 8-də Vaşinqtonda Azərbaycanla sülh müqaviləsinin paraflanması fonunda Nikol Paşinyan özünü "sülh daşıyıcısı" simasında göstərməyə çalışacaq.

"Mövcud proseslərlə razılaşmayanları gözdən salacaq, onları tənqid atəşinə tutacaq, rəqiblərini sülh əleyhdarları kimi qələmə verəcək. Bu baxımdan, Baş nazir referendumu seçkilərlə birləşdirərək özü üçün "çıxış yolu" tapmaq istəyəcək", – politoloq deyib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   referendum  



Xəbər lenti