Gürcüstan Prezidenti Türkiyəyə gedəcək

   Gürcüstan Prezidenti Türkiyəyə gedəcək
  11 Avqust 2025    Oxunub:1219
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili sabah Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə yollanacaq.
Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran özünün "X" hesabında məlumat verib. O diqqətə çatdırıb ki, Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan bu ikigünlük səfər Mixeil Kavelaşvilinin Ankaraya ilk rəsmi səfəridir.

Səfər çərçivəsində Kavelaşvili Ərdoğanla görüşəcək. Tərəflər iki ölkə arasında strateji əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri, cari regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Gürcüstan   prezident   Türkiyə   səfər  



Xəbər lenti