"Formula 1"lə əlaqədar texnikalara baxış keçirilib
Xidmətin rəhbərliyi əməkdaşlarla söhbət edib, tapşırıqlar verib, fəaliyyətin daha səmərəli təşkili istiqamətində tövsiyələrini bildirib. Nəqliyyat vasitələrinin işlək vəziyyətinə yerindəcə aydınlıq gətirilib.
Əməkdaşların müraciətlərini dinləyən, lazımi göstərişlər verən T. Xəlilov Xidmətin “Formula 1” yarışlarındakı təcrübəsindən çıxış edərək bildirib ki, əməkdaşların bir məqsəd ətrafında sıx birləşməsi ölkəmizdə keçiriləcək nüfuzlu idman yarışının səmərəli təşkilinə dəstək olacaq.
Çıxışlardan sonra texnikalara baxış keçirilib. Bildirilib ki, 60-a yaxın xüsusi texnika və nəqliyyat vasitəsi saz vəziyyətə gətirilərək “Formula 1” yarışları ilə əlaqədar gücləndirilmiş iş rejimində işləməyə tam hazır vəziyyətdədir.
Xatırladaq ki, "Formula 1" yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində xüsusi komissiya yaradılıb. İdarə heyəti və işçi qrupundan ibarət komissiyanın təsdiq etdiyi plana uyğun olaraq tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: Formula-1







Vaxtında, Aydın, Lazımlı!


