Enerji istehsalından gəlirlər artıb

Enerji istehsalından gəlirlər artıb
  16 Avqust 2025    Oxunub:1476
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 995,4 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu da illik müqayisədə 2,5% çoxdur.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 370,9 mln. manat təşkil edib, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,7% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 137,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,7%-lik azalma müşahidə olunub.

Ötən il ölkədə hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 628,4 mln. manat təşkil edib, bu da illik müqayisədə 2,7% çoxdur.

AzVision.az


Teqlər: enerji  



Xəbər lenti