“Qarabağ” “Ferensvaroş”la oyunda inamlı qələbə qazanıb
Hesabı 29-cu dəqiqədə rəqibin heyətində Barnabaş Varqa açıb. Lakin 50-ci dəqiqədə Marko Yankoviç, 67-ci dəqiqədə Kevin Medina və 85-ci dəqiqədə Musa Qurbanlı fərqlənərək "Qarabağ"a qalibiyyət gətiriblər.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


