"Qarabağ" - "Ferentsvaroş" oyunu üçün 30 min bilet satılıb

"Qarabağ" - "Ferentsvaroş" oyunu üçün 30 min bilet satılıb
  23 Avqust 2025    Oxunub:1447
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununa satılan bilet sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib. Onun sözlərinə görə, qarşılaşmaya 30 minə yaxın bilet satılıb. Yaxın müddət ərzində biletlərin tükənməsi istisna edilmir.

Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

"Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıblar - 3:1.

AzVision.az


Teqlər: futbol  



Xəbər lenti