Telekommunikasiya sahəsində yeni dövlət standartları qəbul edilib
Bu standartlar mobil və stasionar şəbəkələrdə avadanlıqların enerji istehlak göstəricilərinin müəyyən olunması, müqayisəsi, optimallaşdırılması üçün texniki əsas və ötürmə xətlərinin parametrlərini təmin edir. Beləliklə, sözügedən dövlət standartlarının tətbiqi rabitə operatorlarına enerji istehlakını səmərəli idarə etmək, istismar xərclərini azaltmaq, ətraf mühitə mənfi təsirləri minimuma endirmək imkanı yaradacaq.
Yeni dövlət standartlarını "İnformasiya-kommunikasiya texnologiyaları" sahələrinin standartlaşdırılması üzrə (AZSTAND/TK 05) Texniki Komitə konsensus əsasında qəbul edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


