"Qarabağ”ın Çempionlar Liqasında ev oyunlarının keçiriləcəyi stadion dəqiqləşib

   "Qarabağ”ın Çempionlar Liqasında ev oyunlarının keçiriləcəyi stadion dəqiqləşib
  31 Avqust 2025    Oxunub:1633
Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını hansı stadionda keçirəcəyi dəqiqləşib.
UEFA-nın rəsmi saytında verilən məlumata görə, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Artıq Avropa futbol qurumunun saytında Azərbaycan çempionunun ev matçlarının yeri mərkəzi arena olaraq göstərilib.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində 8 oyuna çıxacaq. Matçların 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam təmsilçisi əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada "Benfika"ya qarşı görüşlə start verəcək. İlk ev qarşılaşması isə oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı olacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti