Sidneydəki Rusiya konsulluğuna hücuma cəhd göstərilib | VİDEO

   Sidneydəki Rusiya konsulluğuna hücuma cəhd göstərilib |    VİDEO
  01 Sentyabr 2025    Oxunub:602
Avstraliyanın Sidney şəhərində avtomobilini Rusiya konsulluğunun darvazasına çırpan 39 yaşlı şəxs saxlanılıb.
Avstraliya mətbuatının yaydığı xəbərə əsasən, hadisə yerli vaxtla səhər 8 radələrində baş verib. Polisə konsulluğun qarşısında icazəsiz avtomobilin saxlanması barədə məlumat bildirilib.

Hadisə yerinə gələn polis nəfərləri sürücü ilə danışıb onu maşından düşürməyə çalışsalar da, şübhəli şəxs avtomobilini birbaşa konsulluğun darvazasına doğru sürüb.

Sürücü dərhal saxlanılıb. Hazırda hadisə ilə əlaqədar təhqiqat aparılır.


Firudin Həmidli
AzVision.az


Teqlər: Avstraliya   Rusiya   hücum   cəhd  



Xəbər lenti