İsraildən HƏMAS-a sərt xəbərdarlıq
“Əks halda Qəzza dağıdılacaq, siz isə məhv ediləcəksiniz. İsrail ordusu plana uyğun hərəkət edir və Zolaqdakı vəziyyətin həlli üçün əməliyyatı genişləndirməyə hazırlaşır”, - İsrael Kats vurğulayıb.
Bundan əvvəl HƏMAS atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlara dərhal qayıtmağa hazır olduğunu açıqlayıb.
HƏMAS-ın bəyanatı Donald Trampın “Truth Social” şəbəkəsində münaqişənin həlli ilə bağlı İsrailin onun təklifini qəbul etdiyini və HƏMAS-ı razılaşmağa çağırdığı barədə “bu, son xəbərdarlıqdır” ifadəsini işlətdiyi paylaşımından sonra verilib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: İsrail HƏMAS xəbərdarlıq







Vaxtında, Aydın, Lazımlı!


