Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

   Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
  10 Sentyabr 2025    Oxunub:962
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
AzVision.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 %, yuxarı həddi isə 8 % səviyyəsində saxlanılıb.

"Bu qərar faktiki inflyasiyanın proqnoz inflyasiya trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslərin mümkün təsirləri, daxili makroiqtisadi vəziyyət, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib", - AMB bəyan edib.

AzVision.az



Teqlər:



Xəbər lenti