Tramp: "Hücum ağılsız addım idi"

      Tramp:    "Hücum ağılsız addım idi"
  11 Sentyabr 2025    Oxunub:960
ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
"The Wall Street Journal" qəzeti rəsmi hökumət mənbələrinə istinadən yazır ki, liderlər İsrail Hərbi Hava Qüvvələrinin Qətər ərazisinə gözlənilməz aviazərbəsindən danışıblar. Məlumata əsasən, Donald Tramp ona hücum barədə əvvəlcədən xəbər verilmədiyinə görə danışıq əsnasında "çox qəzəblənib".

Benyamin Netanyahu söyləyib ki, Qətərdə Fələstinin HƏMAS terror təşkilatının rəhbərliyinə qarşı aviazərbə endirilməsi üçün "müvəqqəti fürsət" üzə çıxıb. Beləliklə, o bu fürsəti qaçırmayıb. Baş nazir hücumun uğurlu alınıb-alınmadığı haqqında Donald Trampın sualına cavabən isə "bilmədiyini" söyləyib.

"ABŞ Prezidenti Donald Tramp Benyamin Netanyahudan getdikcə daha çox inciyir. O görür ki, Baş nazir Vaşinqtonun Yaxın Şərqdəki məqsədləri ilə ziddiyyət yaradan addımlar atır", – qəzet yazır.
Kats: "Düşmənlərimizi hər yerdə vuracağıq"

Xatırladaq ki, dünən İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS terror təşkilatının bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   Qətər   münaqişə   gərginlik  



Xəbər lenti