Aktyor Hacımurad Yagizarov dünyasını dəyişib

   Aktyor Hacımurad Yagizarov dünyasını dəyişib
  13 Sentyabr 2025    Oxunub:1412
Teatr və kino aktyoru, xalq artistı Hacımurad Yagizarov vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə xalq yazıçısı Natiq Rəsulzadə özünün "Facebook" hesabında məlumat yayıb. O bildirib ki, aktyor bu gün uzun sürən xəstəlik nəticəsində Almaniyada dünyasını dəyişib.

Hacımurad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda dünyaya gəlib. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb. 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Onlarla Azərbaycan filmində müxtəlif baş və ikinci dərəcəli obrazları canlandırıb. "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti" fəxri adlarına, Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

AzVision.az


Teqlər: aktyor   vəfat  



Xəbər lenti