Tramp avropalılardan sərtlik tələb edir
“Avropalıların tətbiq etdiyi sanksiyalar isə kifayət qədər sərt deyil. Mən sanksiyalar tətbiq etməyə hazıram. Lakin onlar da öz sanksiyalarını sərtləşdirməlidirlər ki, mənim hərəkətlərimə uyğun olsunlar”, - ABŞ prezidenti vurğulayıb.
Amerika lideri bildirib ki, Avropa Rusiyadan neft almağa davam etdiyi bir vaxtda ABŞ-dən anti-Rusiya sanksiyaları məsələsində qəti addım gözləmək lazım deyil.
Xatırladaq ki, Tramp bundan əvvəl bütün NATO ölkələrinin birləşərək Rusiya neftini almaqdan imtina etmək şərti ilə Moskvaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. O, həmçinin müttəfiqləri Çin mallarına 50-100 faiz civarında idxal rüsumları tətbiq etməyə çağırıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, bu cür tədbirlər Ukraynada münaqişənin bitməsini sürətləndirə və bundan sonra tətbiq olunan tariflərin ləğvinə səbəb ola bilər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


