Mədəni qovulma: “Avroviziya” İsrailə “gəlmə” deyir

      Mədəni qovulma:    “Avroviziya” İsrailə “gəlmə” deyir
  15 Sentyabr 2025    Oxunub:1389
“Avroviziya”nın təşkilatçıları İsrailə ya müsabiqəyə qoşulmaması, ya da müğənnisinin başqa ölkənin, yaxud neytral bayrağının altında çıxış etməsi ilə bağlı eyham vururlar. “Neytral bayraq” deyiləndə hansısa şirkətin, məsələn, “Kan” televiziyasının bayrağı nəzərdə tutulur.
İsrailin məşhur “Ynet” nəşri Avropadakı mənbələrə istinadla yazır ki, yarışın təşkilatçılarının sözlərinə görə, əks halda yəhudi dövləti alçaldıcı diskvalifikasiya proseduru ilə üzləşə bilər.

Yada salaq ki, bəzi Avropa dövlətləri (məsələn, Niderland) İsrailin qoşulacağı təqdidə “Eurovision”u boykot edəcəklərini bildiriblər.

Zənnimizcə, siyasəti mahnı yarışmasına bu şəkildə qatmaq doğru deyil. “Eurovision”un siyasiləşməsi haqqında söhbətlər çoxdan dolaşırdı. İndi isə deyilənlər təsdiqini tapır.

Samir Quliyev
AzVision.az


Teqlər: İsrail   Avroviziya  



Xəbər lenti