Mahmud Abbas Türkiyə lideri ilə görüşəcək

   Mahmud Abbas Türkiyə lideri ilə görüşəcək
  18 Sentyabr 2025    Oxunub:980
Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas bu gün Türkiyəyə səfərə yollanacaq.
Türkiyə mətbuatının rəsmi mənbəyə istinadən yaydığı məlumata əsasən, onu paytaxt Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən qarşılayacaq.

Tərəflər görüş əsnasında qarşılıqlı məsələlər və Qəzza zolağındakı cari vəziyyət ətrafında müzakirələr aparacaqlar.
Kats: "HƏMAS silahı yerə qoymalıdır"

Xatırladaq ki, sentyabrın 16-da İsrail Silahlı Qüvvələri Qəzza zolağında hərbi əməliyyatları genişləndirərək, Qəzza şəhərinə doğru hücuma keçib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fələstin   prezident   Türkiyə   səfər  



Xəbər lenti