NATO Estoniyada təlim keçir

   NATO Estoniyada təlim keçir
  18 Sentyabr 2025    Oxunub:1043
Estoniyada NATO alyansına üzv ölkələrin qoşunlarının iştirakı ilə "Pikne" ("İldırım") hərbi təlimləri başlayıb.
Bu barədə Estoniya Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iki həftəlik təlimlərə Estoniya ilə yanaşı ABŞ, Britaniya, Fransa, Kanada və Latviyanın quru, hava və dəniz qoşunlarından təqribən 3000 hərbçi qoşulacaq.

Təlimlərdə əsasə əməliyyatlar ölkənin şimal, qərb və şərq hissələrində aparılacaq. Bu əməliyyatlar çərçivəsində NATO müttəfiqlərinin hərbçiləri bir sıra tapşırığı, o cümlədən qüvvələrin potensial münaqişə zonasına sürətli yerləşdirilməsini və təhlükəyə qarşı birgə cavab tədbirlərinin həyata keçirilməsini yerinə yetirəcəklər.

Təlimlərin yalnız müdafiə xarakteri daşıdığı vurğulanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Estoniya   NATO   təlim  



Xəbər lenti