Ermənistan MTX rəhbəri Bakıya gələcək

   Ermənistan MTX rəhbəri Bakıya gələcək
  19 Sentyabr 2025    Oxunub:1201
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Andranik Simonyanın rəhbərliyində nümayəndə heyəti Bakıda keçirilən III Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak məqsədilə Azərbaycana səfərə gələcək.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumat üçün diqqətə çatdıraq ki, III Beynəlxalq Təhlükəsizlik Forumu Bakıda sentyabrın 19-dan 21-dək baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   təhlükəsizlik   forum  



Xəbər lenti