Ərəblər də Süni İntellekt yaratdılar

   Ərəblər də Süni İntellekt yaratdılar
  20 Sentyabr 2025    Oxunub:2242
Dünyada gedən Süni İntellekt yarışına Birləşmiş Ərəb Əmirlikləri də qoşulub. Əbu-Dabidəki Muhəmməd bin Zayed adına Süni İntellekt Universiteti (MBZUAI) ucuz və yığcam Aİ-modeli hazırladığını bəyan edib.
Onların fikrincə, “K2 Think” adlanan model “DeepSeek” və “OpenAI” ilə rəqabət aparacaq.

Universitetin yaydığı bəyanatda deyilir ki, model açıq koda malikdir. Yəni istifadəçilərin köməyi ilə təkmilləşdirilə bilər.

“K2 Think” saniyədə 2000 token emal edə bilir. Bu da 1500 söz deməkdir.

Qeyd edək ki, “K2 Think” Çinin “Alibaba” şirkətinin “Qwen 2.5” modelinin əsasında yaradılıb və xüsusi olaraq Sİ üçün optimallaşdırılmış “Cerebras” çiplərinin əsasında işləyir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: AI   Süni-İntellekt  



Xəbər lenti