Rusiya paytaxtı narahat gecə yaşayıb | VİDEO

Rusiya paytaxtı narahat gecə yaşayıb    | VİDEO
  23 Sentyabr 2025    Oxunub:529
Dünən axşma saatlarında və bu gecə Ukrayna PUA-larının Rusiyanın paytaxtı Moskva şəhərinə hücum cəhdləri olub.
AzVision.az Rusiya Telegram-kanallarına istinadən xəbər verir ki, daha bir neçə Moskvaya yaxınlaşarkən vurulub.

Məlumatda Moskva vilayəti üzərində 19 pilotsuz təyyarənin məhv edildiyi bildirilir. Güc strukturlarına yaxınlığı ilə seçilən “Baza” telegram-kanalı vurulan dronların qalıqlarının Moskva vilayətində 4 avtomobili zədələdiyini yazır.

Rusiya paytaxtının meri Sergey Sobyanin hava-hücumundan müdafiə (HHM) qüvvələrinin Moskva səmasında 30 pilotsuz təyyarəni vurduğunu, onların qalıqlarının düşdüyü yerlərdə müvafiq xidmətlərin mütəxəssislərinin işlədiklərini açıqlayıb.

İnternetdə Moskvada çoxmərtəbəli binaların damları üzərindən uçduğu və dronların hücumu nəticəsində hündürlüyünü aşağı saldığı iddia edilən təyyarənin videosu yayılıb.

Moskva hava limanlarında uçuşlar yenidən dayandırılıb və 20-yə yaxın reys təxirə salınıb.

Rusiya Teleqram-kanalları Moskva ətrafındakı Reutov və Skolkovo şəhərləri sakinlərinin partlayış səsləri eşitdiyini bildirir. Şahidlərin sözlərinə görə, Odintsovo rayonundan, Konkovo, Kuzminki, Çertanovo və Moskvanın mərkəzindən də ən azı partlayış səsləri eşidilib.

Partlayış səsləri Zelenoqradda və Naxabino kəndində də qeydə alınıb. Rəsmi açıqlamalarda partlayışların PUA-lara qarşı HHM sisteminin işinin nəticəsi olduğu deyilir.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Moskva   PUA   hücum  



Xəbər lenti