Mayya Sandu: “Rusiya təhlükəsi artır”

   Mayya Sandu:    “Rusiya təhlükəsi artır”
  23 Sentyabr 2025    Oxunub:686
Əgər rusiyapərəst qüvvələr parlament seçkilərində qalib gəlsələr, Moldova rus qoşunlarının Ukraynanın Odessa vilayətini işğal etməsi üçün meydançaya çevrilə bilər.
AzVision.az “NewsMaker.md.” portalına istinadən xəbər verir ki, Moldovanın prezidenti Mayya Sandu ölkə vətəndaşlarına müraciətində belə deyib.

“Bu gün mən sizə tam ciddiyyətlə bəyan edirəm ki, bizim suverenliyimiz, müstəqilliyimiz, bütövlüyümüz və Avropanın gələcəyi təhlükə altındadır. Moskva 2025-ci il sentyabrın 28-nə təyin edilmiş seçkilərdə yüz minlərlə seçiciyə rüşvət vermək üçün yüz milyonlarla avro xərcləyir. Yüzlərlə insana “iğtişaş, zorakılıq səpmək və dünyanı qorxutmaq” üçün pul verilir”, - Moldova prezidenti vurğulayıb.

Mayya Sandu vətəndaşları ölkənin xarici maraqlara təslim olmasına imkan verməməyə çağırıb. O, Rusiyanın Moldova üzərində nəzarəti bərqərar etməsinin həm respublikanın özü, həm də bütün region üçün təhlükəli nəticələr verəcəyini diqqətə çatdırıb.

- Bütün moldovalılar bundan əziyyət çəkəcək. Avropa Moldova sərhədində bitəcək. Avropa fondları Prut çayında dayanacaq. Hərəkət azadlığı dayandırıla və bizim torpağımız Odessa bölgəsinə soxulmaq üçün tramplin ola bilər. Dnestryanı regionda sabitlik pozulacaq”, - Moldova lideri Rusiya təhlükəsinin artdığı barədə xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Moldova   seçkilər   Rusiya  



Xəbər lenti