Ceyhun Bayramov Nyu-Yorkda Mirzoyanla görüşüb

   Ceyhun Bayramov Nyu-Yorkda Mirzoyanla görüşüb
  23 Sentyabr 2025    Oxunub:672
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci il avqustun 8-də baş tutan tarixi Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, tərəflər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

AzVision.az



Teqlər:



Xəbər lenti