Abbas: "HƏMAS-a rol verilməyəcək"

      Abbas:    "HƏMAS-a rol verilməyəcək"
  23 Sentyabr 2025    Oxunub:757
"HƏMAS qruplaşması Fələstinin gələcək idarəçilik sistemində bu və ya digər rol tutmayacaq".
Bu sözləri Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas ABŞ-nin Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında söyləyib. Vaşinqton "ona viza vermədiyi üçün" sessiyaya videobağlantı vasitəsilə qoşulub.
Rubio Suriya Prezidenti ilə görüşüb

Prezident Qəzza zolağının postmüharibə dövründə strukturu barədə diqqətə çatdırıb ki, iranyönümlü HƏMAS terror təşkilatı tamamilə silahsızlaşdırılıb, hakimiyyətdən uzaqlaşdırılacaq.

"HƏMAS və digər qruplaşmalar öz silahlarını Fələstin Muxtariyyətinə təhvil verməlidirlər. 2023-cü ilin 7 oktyabrından başlayaraq bu təşkilatın hərəkətləri, mülki şəxslərin öldürülmələrini, əsir götürülmələrini pisləyirik", – Mahmud Abbas vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fələstin   HƏMAS   İsrail   BMT   müharibə  



Xəbər lenti