Roma Statutu tənəzzülə uğrayır?

   Roma Statutu tənəzzülə uğrayır?
  23 Sentyabr 2025    Oxunub:677
Burkina-Faso, Mali və Niger Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yaradılmasının əsasını qoyan Roma Statutundan çıxdıqlarını rəsmən elan ediblər.
AzVision.az xəbər verir ki, bununla bağlı müvafiq qərar üç ölkənin birgə kommünikesində rəsmiləşdirilib.

“Sahel Konfederasiyasında birləşən bu dövlətlərin hökumətləri Roma Statutundan çıxmaq üçün dərhal qüvvəyə minən suveren qərar qəbul etdilər”, - bəyanatda vurğulanır.

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxıb
Birgə bəyanatı “RTB” milli televiziya kanalında səsləndirən Burkina-Faso hökumətinin nümayəndəsi, rabitə naziri Pinqvende Jilber Ouedraoqo qərarın həm konfederasiya vətəndaşlarına, həm də beynəlxalq ictimaiyyətə çatdırıldığını bildirib.

Xatırladaq ki, bu il aprelin sonlarında Macarıstan parlamenti də ölkənin BCM-dən çıxması barədə qərar qəbul edib.

Daha əvvəl sözügedən qurumu siyasiləşmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandıran ABŞ BCM-in dörd hakiminə qarşı sanksiyalar tətbiq edib.

Əslində, hazırda dünyanın 3 aparıcı ölkəsinin – ABŞ-nin, Çinin və Rusiyanın Roma Statunu qəbul etməməsi BCM-in ciddiyə alınmadığından xəbər verir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   BCM   tənəzzül  



Xəbər lenti