Rusiya kəşfiyyatı: "NATO Moldovanın işğalına hazırlaşır"

    Rusiya kəşfiyyatı:  "NATO Moldovanın işğalına hazırlaşır"
  23 Sentyabr 2025    Oxunub:1200
"Avropa İttifaqı (Aİ) və NATO alyansı Moldovanı ələ keçirmək, habelə Dnestryanını qorxutmaq məqsədilə Ukraynanın Odessa vilayətinə qoşun yeritməyə başlayıb".
"TASS" xəbər agentliyi diqqətə çatdırıb ki, bu ifadələr Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat xidməti tərəfindən yayılan məlumatda vurğulanır. Məlumata əsasən, Aİ-nin bu addımı "Moldovanı özünün rusofob siyasəti çərçivəsində saxlamaq" məqsədi daşıyır. Kəşfiyyatın iddiasına görə, Aİ və NATO bu məqsədini "hər vasitə, hətta ölkənin faktiki işğalı ilə" həyata keçirməyə hazırlaşır.

"NATO-ya üzv ölkələrin qoşunları Moldova sərhədi yaxınlığında, Rumıniyada artıq cəmləşməkdədir. Burada Fransa və Britaniya hərbçilərindən ibarət ilk qrup xüsusilə nəzərə çarpır. Eyni zamanda, NATO-nun desant qüvvələri Dnestryanı çəkindirməkdən ötrü Odessaya yerləşdirilir", - XKX bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: NATO     Moldova   Ukrayna   işğal  



Xəbər lenti