Rusiya və Ukrayna qarşılıqlı zərbələr endiriblər
“Ruslar “Şahed” zərbələri endirirlər, artıq 17 partlayış səsi eşidilib. Partlayış nəticəsində bir nəfərin yaralandığı məlum olub. Zərbələr Xarkovun bəzi ərazilərində elektrik enerjisinin kəsilməsinə səbəb olub”, - Terexov yazıb.
Eyni zamanda, Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Belqorod şəhəri Ukrayna ordusu tərəfindən raket atəşinə tutulub, 5 mülki şəxs yaralanıb.
Hələ dünən günortadan sonra Qladkov Belqorod və onun ətraf ərazilərinə Ukraynat PUA-larının endirdiyi zərbələr nəticəsində bir nəfərin öldüyünü və 13 yaşlı qız da daxil olmaqla ən azı yeddi yaralının olduğunu açıqlamışdı.
Rusiyanın Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn, öz növbəsində, Ukrayna hərbçilərinin endirdiyi zərbələr nəticəsində sərhəddən 50 kilometr aralıda yerləşən Lqov şəhərinin işıqsız qaldığını söyləyib.
- İnfrastruktur və enerji obyektlərinə ziyan dəyib. Lqov və Lqovski rayonunda abonentlərin əksəriyyəti müvəqqəti olaraq işıqsız qalıb. Nəticələr barədə məlumatlar dəqiqləşdirilir”, - Kursk qubernatoru deyib.
Bundan əlavə, Taqanroq şəhərinin meri Svetlana Kambulova şəhər üzərində pilotsuz təyyarələr vurulduğunu bildirib. Onun sözlərinə görə, qəza yerində təcili yardım xidmətləri işləyir və xəsarət alan yoxdur.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya Ukrayna zərbələr







Vaxtında, Aydın, Lazımlı!


