Ukrayna “Qazprom”a yeni zərbə vurub | VİDEO

   Ukrayna “Qazprom”a yeni zərbə vurub    | VİDEO
  24 Sentyabr 2025    Oxunub:788
Rusiyanın Başqırdıstan respublikasında yerləşən “Qazprom Neftexim Salavat” obyekti yenidən pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
AzVision.az Rusiya telegram-kanallarına istinadən xəbər verir ki, Ukrayna sərhədindən təxminən 1400 km aralıda yerləşən bu zavoda Ukrayna piltosuz təyyarələri sentyabrın 18-də artıq bir dəfə hücum ediblər. Onda endirilən zərbə nəticəsində müəssisədə yanğın baş vermişdi.

Başqırdıstandakı “Qazprom Neftexim Salavat” zavodu Rusiyanın ən böyük neft emalı və neft-kimya istehsalı komplekslərindən birinə sahib olan neft-kimya şirkətidir.

Müəssisə karbohidrogen emalının tam dövrü ilə məşğul olur. Benzin, dizel yanacağı, mazut, bitum və polietilen daxil olmaqla 150 adda məhsul istehsal edir.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Qazprom   zərbə  



Xəbər lenti