FT: “Yenidən silahlanmada Almaniya liderlik iddiasındadır”

      FT:    “Yenidən silahlanmada Almaniya liderlik iddiasındadır”
  24 Sentyabr 2025    Oxunub:835
Artan xarici təhlükələrə qarşı birgə layihələrdə özünü lideri kimi görən Almaniya Avropa İttifaqı (Aİ) ölkələrinin silahlı qüvvələrinin yenidən silahlanması proqramına rəhbərlik etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, Berlinin siyasi sənədinin layihəsinə istinad edən “Financial Times” nəşri belə məlumat yayıb.

Sözügedən sənəd Brüsselin 2030-cu ilə qədər birliyin müdafiə qabiliyyətinin gücləndirilməsi planını təqdim etməyi planlaşdıran Aİ liderlərinin oktyabr görüşü ərəfəsində hazırlanıb.

Almaniya “kollektiv imkanlar koalisiyaları” - hava hücumundan müdafiə kimi əsas sahələrdə birgə silah hazırlayacaq və satın alacaq ölkələrin birliklərini yaratmağı təklif edir.

“Almaniya aparıcı rolu öz üzərinə götürməyə hazırdır”, - sənəddə deyilir.

Sənədin müəllifləri vurğulayırlar ki, birgə layihələrdə əsas diqqət şərq cinahının müdafiəsini gücləndirmək olmalıdır.

- Avropa Müdafiə agentliyi “Avropa satınalmalarının təmin edilməsi və əlaqələndirilməsi üçün mərkəzi platforma” kimi daha aktiv fəaliyyət göstərməli və hakimiyyət orqanlarının dəstəyi ilə milli silahlanma standartlarını uyğunlaşdırmalıdır”, - Berlin hesab edir.

Almaniya hakimiyyəti həmçinin bildirir ki, layihələr Ukrayna və buna hüququ çatan digər ölkələrin iştirakı üçün də açıq olmalıdır. Berlin dövlət yardımı və rəqabət qaydalarının yumşaldılması da daxil olmaqla, silah istehsalının tənzimlənməsinin dayandırılmasını müdafiə edir və layihələrin yeni ümumi borc vasitəsilə maliyyələşdirilməsinə qarşı çıxır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   silahlanma   liderlik  



Xəbər lenti