“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri”nin açılışı olub I FOTO
“ISU yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının Azərbaycan kimi dinamik inkişaf edən ölkədə keçirilməsindən məmnunluğunu bildirən Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim Azərbaycanın müasir idman infrastrukturu, təşkilatçılıq təcrübəsi və gənclərə verdiyi dəstək sayəsində beynəlxalq idman ailəsinin etibarlı tərəfdaşına çevrildiyini deyib. O, qran-prinin regionda fiqurlu konkisürmənin tanıdılmasına, müxtəlif ölkələr arasında idman əlaqələrinin möhkəmlənməsinə və gələcəkdə daha böyük beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə zəmin yaradacağını diqqətə çatdırıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən qran-pri 3 gün davam edəcək. “ISU yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışında 38 ölkədən 92 idmançı iştirak edəcək. Qran-prinin ilk günündə kişilər və qadınlar qısa proqram üzrə çıxış edəcəklər.
Sentyabrın 25-də kişilər buz üzərində sərbəst proqramla, cütlüklər isə qısa rəqs proqramı ilə çıxış edəcəklər. Sentyabrın 26-da isə qadınlar sərbəst proqramla, cütlüklər isə sərbəst rəqs proqramı ilə çıxışlarını təqdim edəcəklər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


