Vitkof: "Sülh üzrə Türkiyə ilə məsləhətləşirik" | VİDEO

      Vitkof:    "Sülh üzrə Türkiyə ilə məsləhətləşirik" |    VİDEO
  25 Sentyabr 2025    Oxunub:452
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Qalınla mütəmadi məsləhətləşmələr apardığını bildirib.
Diplomat bu barədə Nyu-York şəhərində keçirilən "Concordia" sammitində danışıb. Diqqətə çatdırıb ki, adıçəkilən şəxslərlə, eyni zamanda, Rusiya-Ukrayna müharibəsi üzrə də müzakirələr həyata keçirilir. Onun sözlərinə görə bu təmaslar ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakın vasitəçiliyi ilə baş tutur.

Digər tərəfdən, Hakan Fidan ötən günlərdə mətbuata açıqlamasında söyləmişdi ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi gələn ilin birinci yarısında imzalanacaq. Hərçənd tərəflər bu bəyanatı təsdiqləməyiblər.
Oman Zəngəzur dəhlizi haqqında məlumatlandırılıb

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sazişi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Azərbaycan   Ermənistan   Türkiyə   danışıqlar  



Xəbər lenti