Dünya borc içində üzür
Hərçənd bu artım qismən dolların zəifləməsi ilə bağlı olub. Belə ki, ilin əvvəlindən Amerika valyutası əsas ticarət tərəfdaşlarının valyuta səbətinə nisbətdə 9,75% zəifləyib.
“Bu borc artımının miqyası 2020-ci ilin ikinci yarısında müşahidə edilən artımla müqayisə oluna bilərdi. Onda pandemiya ilə bağlı siyasət tədbirləri görünməmiş miqyasda qlobal borcun yığılmasına gətirib çıxarmışdı”, - BMİ-nin “Global Debt Monitor” adlı hesabatında vurğulanır.
Açıqlanan məlumata görə, inkişaf etməkdə olan ölkələrin ümumi borcu ikinci rübdə 3,4 trilyon dollar artaraq 109 trilyon dolları keçən rekord həddə çatıb. Bu neqativ dinamika ilk növbədə G7 ölkələrində və Çində kəskin şəkildə yüksələn dövlət borcları ilə bağlıdır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


