Kiyev Rusiyanın neft zavodlarını vurur | VİDEO

Kiyev Rusiyanın neft zavodlarını vurur    | VİDEO
  26 Sentyabr 2025    Oxunub:678
Ukrayna pilotsuz təyyarəsinin hücumundan sonra Rusiyanın Krasnodar diyarında yerləşən Afipski neft emalı zavodunda yanğın baş verib.
AzVision.az xəbər verir ki, Krasnodar diyarının operativ qərargahı belə məlumat yayıb.

“Pilotsuz təyyarənin qalıqları qurğulardan birinin üstünə düşüb. Xəsarət alan olmayıb. 30 kvadratmetr sahədə baş verən yanğın artıq söndürülüb. Hadisə yerində fövqəladə hallar və xüsusi xidmət orqanları işləyir”, - xəbərdə deyilir.

Ukrayna “Qazprom”a yeni zərbə vurub | VİDEO
Ukrayna hakimiyyəti Afipski Neft Emalı zavoduna hücumu hələ ki, şərh etməyib.

Afipski Neft Emalı zavodu “Safmar” qrupuna daxil olan böyük müəssisədir. Onun layihə gücü ildə 6,25 milyon ton təşkil edir. Bu zavoda Ukrayna pilotsuz təyyarələrinin hücumu ilk dəfə deyi.

Ümumiyyətlə, son vaxtlar Kiyev Rusiyanın neft emalı zavodlarına zərbələri xeyli intensivləşdirib. Bir neçə gün əvvəl Rusiyanın Başqırdıstan respublikasında yerləşən “Qazprom Neftexim Salavat” obyekti yenidən Ukrayna PUA-larının hücumuna məruz qalıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   zavod  



Xəbər lenti