Xatırladaq ki, Almaniya, Britaniya və Fransa keçən ay İrana BMT səviyyəsində sanksiyaların bərpası məqsədilə 30 günlük prosesə başlayıblar. Üç ölkə Tehranı özünün nüvə proqramının nizamlanması məqsədilə 2015-ci ildə imzalanmış beynəlxalq müqaviləni pozmaqda günahlandırır. Möhlət şənbə günü Qrinviç vaxtı ilə saat 00:00-da başa çatacaq. Həmin dəqiqədən etibarən Tehrana qarşı sanksiyalar qüvvəyə minəcək.
|
| AP: "İran dirçəlir" |
Digər tərəfdən, iyun ayında İsraillə 12 günlük müharibədə nüvə və raket obyektləri bombalanıb sıradan çıxarılan İran bu müddət ərzində BAEA-nı "siyasiləşməkdə, tərəf tutmaqda" günahlandırıb. Bu gərginlik nəticəsində əməkdaşlıq tamamilə qopma nöqtəsinə çatsa da, hər iki tərəfin cəhdləri ilə əlaqələr yenidən qurulub. Hərçənd, göründüyü kimi, hazırda BMT səviyyəsində sanksiyalar fonunda vəziyyət təkrarən gərginləşib.
İranın müttəfiqləri sayılan Rusiya və Çin öz dostlarına kömək məqsədilə "sanksiyaların bərpasının 6 ay təxirə salınması" üçün BMT-nin Təhlükəsizlik Şurasına qətnamə təklifi irəli sürüblər. Təklif bu gün şurada səsə qoyulacaq. Hərçənd diplomatlar diqqətə çatdırırlar ki, qətnamə, çox güman, təsdiqlənməyəcək.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


