Donald və Melani Trampların mübahisəsi | VİDEO

 Donald və Melani Trampların mübahisəsi  | VİDEO
  26 Sentyabr 2025    Oxunub:564
ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp “Marine One” helikopterində mübahisə edərkən çəkilib.
AzVision.az “People” nəşrinə istinadən xəbər verir ki, hadisə Donald Tramp və xanımı Nyu-Yorkdan Vaşinqtona qayıdarkən baş verib.

İnternetdə yayılan görüntülərdə cütlüyün nəyisə müzakirə və jest etdiyi görünür. Sonra onlar bir-bir helikopterdən çıxırlar və əl-ələ verərək Ağ Evin Cənub çəmənliyini keçirlər. Tramp bu zaman əlini yelləməklə jurnalistləri salamlayıb.

Tramp: “3 məşum hadisə araşdırılmalıdır”
Xatırladaq ki, Donald və Melaniya Tramplar ABŞ prezidentinin BMT Baş Assambleyasında iştirak etdiyi Nyu-Yorkdan Vaşinqtona qayıdıblar. Çıxışından əvvəl Tramp və onun xanımı görüşə getdikləri eskalator qəflətən dayandığından yolda qalıblar.

Kiçik fasilədən sonra Melaniya Tramp işləməyən eskalatorla piyada yuxarı qalxmağa başlayıb, Trampın arxasında isə kiçik növbə yaranıb. Son nəticədə hərəkətə düşməyən eskalator Baş Assambleyanın qonaqlarını yuxarı piyada qalxmağa məcbur edib.

Amerika lideri, öz növbəsində, yalnız eskalatorun dayanmasını yox, həm də onun çıxışı zamanı telesuflyorun sönməsini təxribat adlandırıb. O, bu “məşum hadisələrin” araşdırılmasını tələb edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Donald   Melaniya   mübahisə  



Xəbər lenti