İdmançılarımız III MDB Oyunlarında ilk medallarını qazanıb
Azərbaycan hər iki kateqoriyada Rusiya ilə üz-üzə gəlib. Oğlanlardan və qızlardan ibarət millilərimiz 0:2 hesabı ilə məğlub olaraq turnirin gümüş medallarına sahib çıxıblar. Rusiya yığmaları isə qızıl mükafata yiyələniblər.
Bu gün həmçinin fərdi yarışlara da start veriləcək.
13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.
AzVision.az
Teqlər: Azərbaycan MDB medallar







Vaxtında, Aydın, Lazımlı!


