İranda daha bir İsrail casusu asılıb

İranda daha bir İsrail casusu asılıb
  29 Sentyabr 2025    Oxunub:618
İranda İsrailin lehinə casusluq fəaliyyətində şübhəli bilinən Bəhman Çubiəslin edam hökmü yerinə yetirilib.
Yerli mətbuatın rəsmi mənbəyə istinadən yaydığı məlumata əsasən, asılan şəxsin İsrailin xarici kəşfiyyat xidmətinin ("Mossad") əməkdaşları ilə görüşdüyü, onlardan müəyyən tapşırıqlar aldığı üzə çıxıb.
İranda İsrail casusu asılıb

Bildirilib ki, Bəhman Çubiəsl ölkənin telekommunikasiya infrastrukturuna qarşı təxribat planlaşdırır, bu məqsədlə xaricdən elektron cihazlar gətirtməyə çalışırmış.

Məlumat üçün bildirək ki, İrandakı insan hüquqlarını araşdıran müxtəlif təşkilatların hesabatına əsasən, bu ölkədə cari il ərzində minə yaxın şəxs edam hökmünə tuş gəlib. Məhkumlarının arasında qadınlar, Əfqanıstan vətəndaşları, həmçinin etnik azlıqlar (bəluc, kürd və ərəblər) da var.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   casus   edam  



Xəbər lenti