Rusiya - ABŞ-nin ən böyük uran tədarükçüsü | VİDEO

   Rusiya - ABŞ-nin ən böyük uran tədarükçüsü   | VİDEO
  01 Oktyabr 2025    Oxunub:442
Hətta may ayında bu ölkədən zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun qüvvəyə mindikdən sonra belə, Rusiya ABŞ-də nüvə reaktorları üçün ən böyük yanacaq tədarükçüsü statusunu qoruyub saxlayıb.
AzVision.az xəbər verir ki, ABŞ-nin Energetika nazirliyinə istinad edən “Bloomberg” agentliyi belə məlumat yayıb.

Enerji İnformasiya idarəsinin hesabatına əsasən, ABŞ kommersiya reaktorlarında istifadə olunan zənginləşdirilmiş uranın 20%-i Rusiya yanacağının payına düşür.

2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra Rusiya yanacağının idxalına qanunvericilik qadağasına baxmayaraq, tədarüklər davam edib.

“2024-cü ilin avqustunda qüvvəyə minən qadağa, alternativ təchizat mənbələri tapılmadıqda və ya idxalın milli maraqlara aid olduğu halda Energetika nazirliyinə 2028-ci ilə qədər müvəqqəti güzəştlər verməyə imkan verir. Artıq belə güzəştlər almış şirkətlər sırasına “Constellation Energy” və “Centrus Energy” daxildir”, - agentlik yazır.

ABŞ Rusiya uranından yan keçə bilmir
Sentyabrın 15-də ABŞ-nin Energetika naziri Kris Rayt deyib ki, ölkə Rusiyadan tədarükdən çox asılı olduğu üçün onun uranından tamamilə imtina etməyə hələ hazır deyil.

- Hazırda Rusiya ABŞ-nin elektrik enerjisinin təxminən beşdə birini istehsal edən 94 Amerika nüvə reaktoru üçün lazım olan zənginləşdirilmiş uranın təxminən 25%-ni verir. Hesablamalara görə, bu tədarüklərin tez bir zamanda kəsilməsi ölkənin elektrik enerjisi istehsalını təxminən 5% azaldacaq", - "Bloomberg" bildirir.

Maraqlıdır ki, bu məlumatlar Donald Tramp administrasiyasının Avropa və digər ölkələrə Rusiya neft və qazından asılılığını azaltmağa çağırışları fonunda açıqlanıb.

Yeri gəlmişkən, bu reallıqlar fonunda dünya birjalarında uranın qiyməti bahalaşmaqda davam edir.


ANI Journalist: India says U.S. purchases Russian uranium and fertilizers, yet criticizes India for buying Russian energy. So, Your response?

Trump: I don’t know anything about that

by
in
IndiaSpeaks


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   uran  



Xəbər lenti