SOCAR prezidenti: Avropa ilə uzunmüddətli əməkdaşlıq planı hazırlamışıq

   SOCAR prezidenti:    Avropa ilə uzunmüddətli əməkdaşlıq planı hazırlamışıq
  02 Oktyabr 2025    Oxunub:1431
Astanada “Kazakhstan Energy Week-2025”in açılış sessiyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf şirkətin strateji planlarını və uzunmüddətli hədəflərini təqdim edib.
Onun sözlərinə görə, üç il əvvəl Azərbaycanın avropalı tərəfdaşları qaz ixracının artırılmasını xahiş ediblər. “Buna cavab olaraq, biz infrastrukturumuzu modernləşdirdik və irimiqyaslı investisiyalar həyata keçirdik. Maliyyə sabitliyini təmin etməklə və boru kəmərləri şəbəkəsini genişləndirməklə, həmçinin Avropa ilə uzunmüddətli əməkdaşlıq planı hazırlamışıq”, - deyə Rövşən Nəcəf vurğulayıb.

SOCAR prezidenti onu da bildirib ki, şirkət bu yaxınlarda türkiyəli tərəfdaşları ilə birgə Suriyaya qaz nəqlinə başlayıb. “Bu gün Suriya öz dövlətçiliyini bərpa etmək prosesindədir. Bu ilin avqustundan biz türkiyəli tərəfdaşlarımızla birgə Suriyaya qaz nəqlinə başladıq”, - deyə o qeyd edib.


AzVision.az


Teqlər:



Xəbər lenti